Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 01:01

Naxçıvanda torpağa basdırılmış xeyli silah-sursat tapılıb


Tapılmış sursatın içində 2 tank əleyhinə qurğu, 15 mindən çox patron və müxtəlif silahlar var

Tapılmış sursatın içində 2 tank əleyhinə qurğu, 15 mindən çox patron və müxtəlif silahlar var

Naxçıvan Muxtar Respublikası (NMR) Şərur rayonunun Siyaqurt kəndi yaxınlığında torpağa basdırılmış xeyli sayda silah-sursat tapılıb. Məlumatı Muxtar Respublikanın polisi də təsdiqləyir. Naxçıvan Şəhər Polis İdarəsinin rəis müavini Əşrəf İbrahimovun sözlərinə görə, idarəyə daxil olmuş zəngdən sonra ərazidə əməliyyat-axtarış tədbirləri həyata keçirilib və torpağın altından silah-sursat aşkarlanıb. Cənab İbrahimov bildirir ki, tapılmış silahların içərisində iki ədəd tank əleyhinə qurğu, 15 mindən çox müxtəlif çaplı patronlar və müxtəlif silahlar var. Silahların qiymətli olduğunu deyən rəis müavini təkcə tank əleyhinə bir qurğunun qiymətinin 50-60 min ABŞ dolları məbləğində olduğunu bildirir. O, silahların 1991-92-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin üzləri tərəfindən torpağa basdırıldığını iddia edir: «Bu silahların 1991-92-ci illərdə AXC-nin fəal üzləri tərəfindən torpağa basdırıldığı bildirilir. Bu qurğular çox əhəmiyyətli və qiymətlidir. AXC üzvləri bu cür bahalı silahları torpağa basdıraraq bizim Milli Orduya təhvil verməyiblər».


Ə.İbrahimovun sözlərinə görə, faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.


AXCP-nin NMR təşkilatının rəhbəri Asəf Quliyev isə «Azadlıq» radiosuna bildirib ki, 1992-ci illərdə – AXC-nin hakimiyyətdə olduğu vaxtlarda silahların torpağa basdırılması gülüncü iddiadır. Onun sözlərinə görə, atılmış bu addım seçkiöncəsi müxalifət fəallarına qarşı növbəti təxribatların başlanğıcı ola bilər.


Günün bütün mövzuları

XS
SM
MD
LG