Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:44

Metronun «Xalqlar Dostluğu» stansiyasının yaxınlığında partlayış olub


Yanğından mühafizə xidmətinin əməkdaşları yanğını qısa müddət ərzində söndürməyə müvəffəq olublar
Yanğından mühafizə xidmətinin əməkdaşları yanğını qısa müddət ərzində söndürməyə müvəffəq olublar

İyulun 20-də metronun «Xalqlar Dostluğu» stansiyasının yaxınlığındakı mağazalardan birində yanğın partlayışla nəticələnib.


ANS yanğının audio-video məhsullarının satıldığı bölmədən başladığını bildirir. Alovu söndürə bilməyəcəyini görən satıcı çölə çıxıb və bundan az sonra partlayış baş verib. Partlayışın zərbəsindən dükanın avadanlıqlarının bir hissəsi çölə atılıb.


Yanğından mühafizə xidmətinin əməkdaşları yanğını qısa müddət ərzində söndürməyə müvəffəq olublar. Mağazanın sahibi Yaşar Aslanov dükandan demək olar heç nə çıxara bilmədiyini söyləyib. Onun sözlərinə görə, təxminən 15 000 ABŞ-ı məbləğində ziyana düşüb.


Hadisə nəticəsində xəsarət alan olmayıb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG