Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:16

Bütün Bakı məktəbləri məktəbli formasına keçir


Nazir deyir ki, vahid forma şagirdlər arasında ayrı-seçkiliyə son qoymağa yönəlib

Nazir deyir ki, vahid forma şagirdlər arasında ayrı-seçkiliyə son qoymağa yönəlib

Bakıda şəhəri üzrə Təhsil Mərkəzinin təşəbbüsü ilə yeni dərs ilindən-sentyabrın 15-dən Bakıdakı bütün orta məktəblərdə məktəbli forması tətbiq ediləcək. Bunu iyulun 20-də jurnalistlərə Təhsil naziri Misir Mərdanov deyib. Onun sözlərinə görə, bu, məktəblərdə şagirdlər arasında ayrı-seçkiliyə son qoymağa yönəlib.


Cənab Mərdanovun sözlərinə görə, formanın hansı rəngdə olması məktəblərin öz istəyindən asılı olacaq. Yəni hər məktəb hansı rəngdə məktəbli forması tətbiq etməkdə sərbəst olacaq.


Nazir deyir ki, bu barədə may ayından etibarən rayon təhsil şöbələrinə göstəriş verilib.


Hazırda Azərbaycan ümumilikdə 4542 orta məktəb var ki, onun 323-ü Bakıda yerləşir.


Günün bütün mövzuları

XS
SM
MD
LG