Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:00

«Ziyalıların səfəri münaqişəsinin həlli yolunda böyük addımdır»


Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi
Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi

Ermənistan və Azərbaycan ziyalılarının hər iki ölkəyə birgə səfərləri Qarabağ münaqişəsinin həlli yolunda böyük addımdır. Bunu Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi deyib. Avropalı diplomat bu istiqamətdə başqa nümunələrin də olacağına əminliyini bildirib.


İyulun 20-də Bakıda görüşlərə başladığını deyən Piter Semnebi səfərinin əsas məqsədinin Dağlıq Qarabağ münaqişəsiylə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, Avropa Birliyi də bu münaqişənin həllinə hər hansı yarıdımı edə biləcəyini düşünür.


Xüsusi nümayəndənin prezident İcra Aparatının rəhbərliyi, Qarabağın Azərbaycan icmasının təmsilçiləri və qeyri-hökumət təşkilatları ilə görüşü gözlənir.


XS
SM
MD
LG