Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:39

Azərbaycan fəallarının ağır işgəncələrə məruz qaldığı bildirilir


Həbs edilmiş fəalların hansı həbsxanada saxlanması barədə məlumat verilmir

Həbs edilmiş fəalların hansı həbsxanada saxlanması barədə məlumat verilmir

«Azərbaycan Məhbuslarını Müdafiə Komitəsi» (ASMƏK) növbəti hesabatında İran zindanlarında həbsdə olan azərbaycanlı fəallara qarşı işgəncələrin şiddətlənməsindən narahat olduğunu bildirib.


Komitənin 16 iyul tarixli hesabatında bildirilir ki, vəziyyətləri haqda az məlumat əldə edilən məhbuslar, o cümlədən İlyas Yekanlı, Hüseyn Fərhudə, İrəc Naci, Səid Mətinpur, Cəlil Qənilu və hazırda Təbriz zindanında saxlanılan yeniyetmə fəal Məhəmmədrza Əvəzpur böyük ehtimalla işgəncə edilib və onlara qarşı fiziki, mənəvi təzyiqlər hələ də davam edir.


Bu məlumatı son vaxtlar həbsdən azad edilən şəxslərin müşahidələri əsasında topladığını bildirən ASMƏK başqa faktlara da əsaslanır. Belə ki, bu yaxınlarda İranın rəsmi televiziyasında siyasi məhbusların «etirafları» daha çox göstərilir. Bunun da ümumiyyətlə mənəvi və fiziki işgəncələr nəticəsində əldə edildiyinə inanılır. Eyni zamanda adı çəkilən fəalların ailələri ilə görüşünə icazə verilmir və onların çoxunun harada saxlanıldıqları belə məlum deyil.


Digər tərəfdən «Bay Bak» xəbər saytı iyulun 18-də Təbriz zindanında saxlanılan tanınmış fəal Çingiz Bəxtavərin üç səhifədən ibarət əl yazısını dərc edib. Cənab Bəxtavər BMT-nin İnsan Haqları Şurası və başqa beynəlxalq təşkilatlara etdiyi 13 iyul tarixli müraciətində İranda azərbaycanlı fəalların davamlı olaraq təhdid və təzyiqlər altında olduğunu, özü və başqalarının qeyri qanuni həbslərdən sonra ruhi və cismi əziyyətlərə məruz qaldığını bildirir.


Günün bütün mövzuları

XS
SM
MD
LG