Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:00

Aşqabadda Xəzərin statusu ilə bağlı danışıqlar başlayıb


Danışıqlarında Azərbaycan nümayəndə heyətinə Xələf Xələfov başçılıq edir
Danışıqlarında Azərbaycan nümayəndə heyətinə Xələf Xələfov başçılıq edir

İyulun 20-də Aşqabadda Azərbaycan və Türkmənistan arasında Xəzərin statusunun müəyyən edilməsi üzrə danışıqlara başlanılıb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim məlumat verib.


Onun sözlərinə görə, danışıqlarda xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti və Azərbaycanın Türkmənistandakı səfiri Elxan Hüseynov iştirak edir.


Türkmənistan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xoşgəldi Babayev başçılıq edir.


Azərbaycan Xəzəryanı ölkələr olan Rusiya və Qazaxıstanla Xəzərin hüquqi statusuna dair razılıq əldə edib və müvafiq sənədlər imzalayıb. İran və Türkmənistanla isə dənizin bölünməsinə dair fikir ayrılığı olduğundan hələlik sənəd imzalanması mümkün olmayıb.


«Xəbərlər-Azərbaycan» bildirir ki, danışıqlar iyulun 20-si axşama qədər davam edəcək.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG