Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:28

Bako Saakyan Arkadi Qukasyanı əvəzləyib


Bir sıra beynəlxalq təşkilatlar və dövlətlər tanınmamış respublikada seçkiləri pisləyiblər

Bir sıra beynəlxalq təşkilatlar və dövlətlər tanınmamış respublikada seçkiləri pisləyiblər

Tanınmamış Dağlıq Qarabağ Respublikasında prezident seçkiləri başa çatıb. Beynəlxalq ictimaiyyətin hüquq normalarına zidd hesab etdiyi seçkilərdə təhlükəsizlik xidmətinin keçmiş rəisi Bako Saakyan 87 faizlə seçkilərdə qalib gəlib. O, son illərdə tanınmayan respublikaya rəhbərlik etmiş Arkadi Qukasyanı əvəzləyib.


Azərbaycan Xarici İşlər Nazirliyi seçkilərlə bağlı bəyanat verib. Bəyanatda deyilir ki, bu cür seçkilərin keçirilməsi Azərbaycan konstitusiyasına ziddir və heç bir hüquqi əsası ola bilməz.


Azərbaycanın Mərkəzi Seçki Komissiyası bu seçkilərin nəticələrini tanımayacağını bəyan edir.


Tanınmamış respublikadakı seçkiləri Avropa Şurası, Avropa Birliyi, NATO, ATƏT, GUAM və bir çox beynəlxalq təşkilatlar tanımayacaqlarını bəyan ediblər. Oxşar bəyanatlarla ABŞ Dövlət Departamenti, Fransa, Türkiyə də çıxış edib.



Günün bütün mövzuları

XS
SM
MD
LG