Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:22

Birləşmiş Ştatlar Dağlıq Qarabağda keçirilən seçkiləri tanımır


Dövlət Departamentinin rəsmisi bildirib ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır

Dövlət Departamentinin rəsmisi bildirib ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır

ABŞ Dövlət Departamenti tanınmamış Dağlıq Qarabağ Respublikasında keçirilən prezident seçkilərinin münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlara təsir göstərməyəcəyinə inanır. Birləşmiş Ştatlar Dağlıq Qarabağda keçirilən seçkiləri tanımır.


AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, bu bəyanatla iyulun 19-da ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə bürosunun mətbuat katibi Çeyz Bimer çıxış edib.


Çeyz Bimer bildirib ki, Birləşmiş Ştatlar Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır. ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə yanaşı, ABŞ Ermənistan və Azərbaycan hökumətləri ilə birgə işləyərək münaqişənin qarşılıqlı qəbul olunan həllinin tapılmasına səy göstərəcəkdir.


Mətbuat katibi deyib: «Ümid edirik ki, Ermənistan və Azərbaycan prezidentləri əsas prinsiplər üzrə razılığa mümkün qədər tez gələrək, ətraflı sülh razılaşmasının tərtibatına qapı açacaqlar».


XS
SM
MD
LG