Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:12

Həm iqtidar, həm də müxalifətin şübhə etdiyi sorğu


Bir sıra dairələr isə İFES-i iqtidarla gizli işbirliyində günahlandırır

Bir sıra dairələr isə İFES-i iqtidarla gizli işbirliyində günahlandırır

Seçki Sistemləri üzrə Beynəlxalq Fondun-İFES-in bir neçə gün öncə açıqladığı ictimai rəy sorğusunun nəticələrilə bağlı ictimai müzakirələr hələ davam etməkdədir. Yada salaq ki, sorğunun nəticələrinə görə, respondentlərin 60 faizdən çoxu prezidentə etimad etdiyini, 52 faizi ölkədəki ümumi durumdan razı olduğunu bildirib. Rəyi soruşulanların 33 faizi YAP-ın, 4 faizi Müsavatın, 1 faizi isə AXCP-nin onların maraqlarını yaxşı müdafiə etdiyini söyləyib.


Maraqlısı odur ki, nəticələrin obyektivliyinə həm iqtidar, həm də müxalifət şübhə ilə yanaşır. YAP iddia edir ki, 2005-ci ildə İlham Əliyev 70-80 faizlə sorğuların favoriti olub. O zamandan ölkənin iqtisadi qüdrəti artdığından İlham Əliyevin də reytinqi yüksəlməliydi. Müxalifət isə düşünür ki, son illər demokratiyanın durumu ilə bağlı çox ciddi problemlər yarandığından, əhalinin sosial güzəranı pisləşdiyindən insanların hakim YAP -a daha çox güvənməsi, ölkənin ümumi durumundan razı olması absurddur.


İFES-in Azərbaycan nümayəndəliyinin direktoru Dən Blessinqton isə deyilən iradların heç birini qəbul etmir. «Azadlıq» radiosuna müsahibəsində cənab Blessinqton bildirdi ki, sorğunun nəticələrindən hamının razı qalması mümkün deyil. Əsası odur ki, biz öz sorğumuzun obyektivliyinə inanırıq: «Sorğunu Vaşinqtondakı mütəxəssislərimizin dəstəyi ilə keçirmişik. Azərbaycandan əsas tərəfdaşımız «Sorğu» şirkəti olub. Əminliklə deyə bilərəm ki, sorğu beynəlxalq standartlara cavab verir. Müxalifət bizim sorğudakı sualların yönəldici olduğunu bildirir. Mən belə düşünmürəm. Əksinə, bizim hazırladımız sualları Vaşinqtondakı mütəxəssislərimiz dəyişdilər».


Azərbaycan reallıqlarına bələd olmadan uzaq Vaşinqtondan Azərbaycan vətəndaşından nəyi, necə soruşmağın gərək olduğunu bilmək olarmı sualının cavabında cənab Bellinqston bildirdi ki, bu məsələdə onlar sorğu keçirənlərə elmi cəhətdən yardım göstəririblər.


Mübahisə doğuran məqamlardan biri də sorğunun anonim keçirilməməsidir. Ekspert deyir ki, respondentlərin kimliyi, ünvanları bəlli olsa da bu informasiyalar heç kim üçün açıq deyil. Ekspertlər isə hesab edir ki, respondentlərdən kimliklərinin soruşulması onların cavablarına birbaşa təsir göstərir. Başqa sözlə, kimliyini bildirən respondent heç də hər zaman düşündüyünü demir.


Bir sıra dairələr isə İFES-i iqtidarla gizli işbirliyində günahlandırır. Hətta prezident seçkilərinə qədər YAP-ın və İlham Əliyevin favorit olacağı bir neçə sorğu keçirmək üçün İFES-ə külli miqdarda pul verildiyi ilə bağlı da xəbərlər dolaşır.


Təşkilat təmsilçisi isə bu fikirləri tamamilə əsasız adlandırır. O, qurumun Azərbaycanda müxalifət və iqtidarla eyni dərəcədə işbirliyi qurduğunu bildirir.


Günün bütün mövzuları

XS
SM
MD
LG