Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:37

Fransa Dağlıq Qarabağda keçirilən seçkiləri tanımır


Fransa bildirir ki, beynəlxalq ictimaiyyətin bütün digər təmsilçiləri ilə yanaşı, o da Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır. Bu ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü iyulun 19-da tanınmayan Dağlıq Qarabağ Respublikasında keçirilən prezident seçkilərinə münasibətində belə deyib.


Daha sonra deyilir: «Bu cür seçkilərin nəticələri-baxmayaraq ki, bu Dağlıq Qarabağa de-fakto nəzarət edən icmaya özünü təşkilə imkan verir-regionun hüquqi statusunu əvvəlcədən təyin edən olduğu üçün tanına bilinməz».


Minsk qrupunun həmsədri kimi Fransa bəyan edir ki, problem yalnız bütün münaqişə tərəflərinin və icmaların iştirakı ilə müəyyən oluna bilər.


«Dağlıq Qarabağın statusunu əvvəlcədən müəyyən etməyə yönəlmiş istənilən birtərəfli addım, eyni olaraq buna yönəlmiş hər hansı bir güc yolu təhlükəsi, danışıqlar prosesində qarşıda duran əlavə maneədən başqa bir şey deyildir».



XS
SM
MD
LG