Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:12

Bakıda olimpiada 20 milyard dollara başa gələ bilər


Bakının Olimpiada üçün tələb olunan 20 milyard dollar xərci çəkməyə hazır olduğu bildirilir
Bakının Olimpiada üçün tələb olunan 20 milyard dollar xərci çəkməyə hazır olduğu bildirilir

Qiymətlərin artması tendensiyası nəzərə alınmaqla, 2016-cı il Bakı Olimpiadası 20 milyard dollara başa gələ bilər və Azərbaycan bu xərcləri çəkməyə hazırdır. Bu barədə iyulun 19-da mətbuat konfransında Milli Olimpiya Komitəsinin vitse-prezident Çingiz Hüseynzadə bildirib.


«Azərbaycanın Yay Olimpiya Oyunlarının keçirilməsi üçün potensialı var»-, deyə Hüseynzadə bildirib.


Bu xərclərin çıxacağı haqda suala cavabda Hüseynzadə bildirib ki, Olimpiada təcrübəsi göstərir ki, idman infrastrukturu istənilən halda yarışlar ərəfəsində olmasa da, sonradan gəlir gətirir.


2016-cı il Yay Olimpiadasının keçirilmə yerinin seçilməsi proseduruna gəldikdə, Azərbaycan artıq BOK-a ərizə ilə müraciət edib. İddiaçılardan sənədlərin qəbulu 2007-ci ilin oktyabrında başa çatır. İddiaçı statusu almaq üçün bu yaxınlarda yaradılacaq ərizə komissiyası, Bakı meri və MOK rəhbərliyi BOK suallarına cavab verməli olacaqlar. 2008-ci ilin fevralında iddiaçılardan namizədlər, 2009-cu ilin oktyabrında isə qalib şəhər seçiləcək.


Olimpiya kəndinin yerləşdirilməsi təklifi ilə bağlı Çingiz Hüseynzadə deyib ki, bir neçə varianta, eyni zamanda Bakı aeroportu, Şıxov çimərliyi və Qobustan ətrafındakı ərazilərə baxılır. Bu yerlərdən idmançılar 20-30 dəqiqəyə yarış keçirilən yerə gələ bilərlər.


Bununla yanaşı, Hüseynzadə deyib ki, əgər Bakının ilk cəhdi uğursuz olarsa, Azərbaycan 2020, 2024-cü illər Olimpiadalarına da ərizələr verəcək.


Bakıdan başqa 2016-cı il Yay Olimpiadasının keçirilməsi üçün Tokio, Madrid, Rio-de-Janeyro da ərizə verib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG