Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:26

Gürcüstandakı Rusiya hərbi bazasından hərbi texnikanın növbəti hissəsi yola salınıb


İyulun 19-da Gürcüstandakı 12-ci Rusiya hərbi bazasından (Batumi şəhəri) Azərbaycan vasitəsilə Rusiyaya çatdırılacaq silah-sursat və hərbi texnikanın növbəti hissəsi yola salınıb. Bu, may ayından başlayaraq Gürcüstandan Rusiyaya daşınan 10-cu eşelondur.


Eşelonun tərkibinə 19 ədəd texnika və mühəndis-sanitar əmlakının daxil olduğu 34 platforma daxildir. Yüklərin ümumi həcmi 706 ton təşkil edir. Texnikanın növbəti hissəsi iyulun 26-da çıxarılacaq.



Günün bütün mövzuları

XS
SM
MD
LG