Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:06

«İlham Əliyevə 2008-də daha az səs verəcəklər»


Müsavat lideri 2008-ci il prezident seçkilərində müxalifətin şansının yüksək olduğu qənaətindədir
Müsavat lideri 2008-ci il prezident seçkilərində müxalifətin şansının yüksək olduğu qənaətindədir

«İlham Əliyevə 2008-də daha az səs verəcəklər»- «Yeni Müsavat»a müsahibəsində Müsavat Partiyasının başqanı İsa Qəmbər belə deyib.


«Bəziləri hesab edirdi ki, İlham Əliyev gənc və dünyanın çağdaş dəyərlərini dərk etdiyindən hakimiyyətə gələndən sonra islahatlar aparacaq. Bu düşüncələr tam iflasa uğradı. Ona görə də bu amilə görə İlham Əliyevə rəğbəti olan insanlar ona rəğbətlərini itiriblər». İsa Qəmbər «İlham Əliyev prezident kreslosunda oturandan sonra nüfuzu artıb, yoxsa azalıb» sualını cavablandırarkən belə deyib.


Müsavat lideri 2008-ci il prezident seçkilərində müxalifətin şansının yüksək olduğu qənaətindədir. «Əgər seçkilər saxtalaşdırılıbsa, beynəlxalq birlik nəticələri tanımadığını bəyan etməlidir. 2004-cü ildə Ukraynada beynəlxalq birliyin bu mövqeyini gördük. Beynəlxalq aləmdən bu mövqeyi görəndə hakimiyyətdəkilər də düşünməyə məcbur olur, cəmiyyət də əlavə bir impuls alır və daha prinsipial mövqe tutur».


«Məhbus jurnalistlərin məsələsi hökumət nümayəndələri ilə müzakirə olundu»- «525-ci» qəzetin iyulun 19-dakı manşeti belə adlanır. Qəzet yazır ki, Milli Məclisdə hökumət nümayəndələri və hüquq-müdafiə təşkilatları rəhbərlərindən ibarət İnsan haqları üzrə İşçi Qrupun növbəti iclasında bu məsələyə baxılıb.


İşçi qrupun digər üzvü Səadət Bəyənnarlı isə «525»ə bildirib ki, indidən görüşün hansı nəticə verəcəyini söyləmək mümkün deyil. «Amma bizdə olan məlumatlar, sənədlər barədə hökumət tərəfin nümayəndələrinə məlumat verib, onlarla fikir mübadiləsi apardıq. Onlar da bu barədə aidiyyatlı qurumlara məlumat verəcəklərini bildirdilər. Hansısa nəticəni isə sentyabr ayında baş tutacaq növbəti görüşümüzə qədər gözləyirik».


«Prezidentin həbsdə olan jurnalistləri əfv edəcəyinə ümidliyəm»- «525»ə müsahibəsində Mətbuat Şurasının sədri Əflatun Amaşov belə deyib.


Sədr belə bir addımın milli mətbuatın yaranmasının 132-ci ildönümü ərəfəsində atılacağını istisna etməyib. «Biz sözə, yazıya görə jurnalistlərin həbs olunmasını istəməmişik. Eyni zamanda, məhkəmələrin qərarını müzakirə etmək iqtidarında da deyilik. Artıq o jurnalistlər həbsdədir, kifayət qədər cəza çəkiblər, öz hərəkətlərini saf-çürük ediblər. Mən həbsdə olan jurnalistlərlə görüşmüşəm, saxlanma şəraitləriylə maraqlanmışam, onların heç bir şikayəti yoxdur».


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG