Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:16

İyulun 19-da Dağlıq Qarabağda prezident seçkiləri keçirilir


Tanınmamış respublikanın prezidentliyi uğrunda beş namizəd mübarizə aparır
Tanınmamış respublikanın prezidentliyi uğrunda beş namizəd mübarizə aparır

İyulun 19-da tanınmamış Dağlıq Qarabağ Respublikasında prezident seçkiləri keçirilir. Prezident kürsüsü uğrunda mübarizəyə deputat Armen Abqaryan, universitet müəllimi Vanya Avanesyan, tanınmamış respublikanın xarici işlər naziri Masis Maiyan, kommunist partiyasının sədri Qrant Melkumyan, milli təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Bako Saakyan qoşulub.


Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, bu cür seçkilərin keçirilməsi Azərbaycan konstitusiyasına ziddir və heç bir hüquqi əsası ola bilməz.


Daha sonra bildirilir ki, bu seçki o zaman ədalətli və azad hesab oluna bilər ki, orda erməni icmasıyla yanaşı bərabər hüquqlarla ölkənin azərbaycanlı əhalisi də iştirak etsin. Azərbaycanın Mərkəzi Seçki Komissiyası bu seçkilərin nəticələrini tanımayacağını bəyan edir.


Türkiyənin Xarici İşlər Nazirliyi də seçkiləri pisləyən bəyanatla çıxış edib.


Tanınmamış respublikadakı seçkiləri Avropa Şurası, Avropa Birliyi, NATO, ATƏT, GUAM və bir çox beynəlxalq təşkilatlar tanımayacaqlarını bəyan ediblər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG