Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:58

Britaniya jurnalistlərə sığınacaq vermədi


Üzeyir Cəfərov: «Yalnız Britaniya ərazisində ola-ola siyasi sığınacaq istənilə bilər»
Üzeyir Cəfərov: «Yalnız Britaniya ərazisində ola-ola siyasi sığınacaq istənilə bilər»
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi «Gündəlik Azərbaycan» və daha bir neçə qəzetin sığınacaq istəyən əməkdaşlarının müraciətinə imtina cavabı verib.

«Gündəlik Azərbaycan»ın redaktoru Üzeyir Cəfərov «Azadlıq» radiosuna bildirib ki, Britaniya hökumətinin qanunlarına görə, yalnız ölkənin ərazisində ola-ola siyasi sığınacaq istənilə bilər.


Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən isə «Azadlıq» radiosuna imtina cavabını şərh etmək istəməyiblər. Yalnız onu deyiblər ki, jurnalistlərə göndərilən məktubda imtinanın səbəblərini göstəriblər.


Üzeyir Cəfərovun sözlərinə görə isə, onlar iki Avropa ölkəsinin səfirliyindən müsbət cavab alıblar və siyasi sığınacaq xahişi rəsmən yerinə yetiriləndən sonra bu ölkələrin adlarını açıqlayacaqlar.


«Gündəlik Azərbaycan» və daha bir neçə qəzetin 23 əməkdaşı ölkədə jurnalistlərin təqiblərə məruz qalmasını, söz və mətbuat azadlığının pozulmasını iddia edərək xarici ölkə səfirliklərindən siyasi sığınacaq istəyiblər.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG