Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:00

Avropa Komissiyasının yardımından 92 milyonu Azərbaycanın payına düşəcək


Vəsait daha çox infrastrukturun inkişafına, iqtisadi layihələrin həyata keçirilməsinə yönəldiləcək

Vəsait daha çox infrastrukturun inkişafına, iqtisadi layihələrin həyata keçirilməsinə yönəldiləcək

2007-2013-cü illərdə Avropa «Qonşuluq Siyasəti»nin həyata keçirilməsi üçün Avropa Komissiyasının layihələrinə ayrılacaq 12 milyard avrodan yalnız 92 milyonu Azərbaycanın payına düşəcək.


Bunu Bakıda Azərbaycan və Avropa «Qonşuluq Siyasəti»nə həsr olunmuş beynəlxalq konfransda Avropa Komissiyasının Azərbaycandakı xüsusi elçisi Alan Vaddams deyib.


Azərbaycana ayrılan vəsaitin digər Cənubi Qafqaz respublikalarına ayrılan vəsaitdən xeyli az olmasına gəlincə, cənab Vaddams bildirib ki, vəsait ölkələrin imkanlılıq prinsipinə uyğun ayrılıb. Onun sözlərinə görə, Azərbaycan həmin respublikalardan daha çox imkanlara malik olduğundan vəsait də az ayrılıb.


Alan Vaddamsın dediyinə görə, ayrılacaq vəsait daha çox infrastrukturun inkişafına, iqtisadi layihələrin həyata keçirilməsinə yönəldiləcək. Xüsusi elçi bildirir ki, həmin vəsaiti qrant şəklində Avropa İnvestisiya Bankı ayıracaq.


Azərbaycan Avropa İttifaqının «Qonşuluq Siyasəti»nə 2006-cı ildə qoşulub.


Günün bütün mövzuları

XS
SM
MD
LG