Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:20

Polkovnik-leytenant siyasi sığınacaq istəyir. Müdafiə Nazirliyi isə onun haqda cinayət işi açıldığını deyir


Müdafiə Nazirliyinin Naxçıvandakı N saylı hərbi hissəsinin zabiti, polkovnik-leytenant Rasim Muradov xarici ölkə səfirliklərindən siyasi sığınacaq istəyir.


Bu barədə «Azadlıq» radiosuna məlumat verən Muradov deyir ki, ordudakı qanunsuzluqlarla, korrupsiya faktlarıyla bağlı açıqlamalarından sonra təzyiqlərlə üzləşib: «Daha dözmək mümkün deyil. Mənə böhtan atılır, hüquqlarım pozulur».


Rasim Muradov deyir ki, o, istefa ərizəsi yazsa da, Müdafiə Nazirliyi ərizəsini qəbul etmir.


Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Eldar Sabiroğlu isə bildirir ki, Rasim Muradov orduyla bağlı açıqlamlarında haqlı deyil, o, özünü müəyyən məsələlərdən sığortalayır. Muradov haqda rüşvət alma ilə bağlı cinayət işi açıldığını deyən cənab Sabiroğlu, onun istefa ərizəsi yazdığını təsdiqləyir. Amma bildirir ki, hərbi qayda-qanunlar istefanın qəbulunu ləngidir.


XS
SM
MD
LG