Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:35

Respondentlərin 60 faizi prezidentə etibar etdiyini bildirib


Rəyi soruşulanların 52 faizi ölkədəki vəziyyətdən razı olduqlarını bildiriblər
Rəyi soruşulanların 52 faizi ölkədəki vəziyyətdən razı olduqlarını bildiriblər

ABŞ-ın Seçki Sistemləri Üzrə Beynəlxalq Fondunun (İFES) keçirdiyi sorğunun nəticələrinə görə, Azərbaycanda əhalinin 60 faizindən çoxu prezident İlham Əliyevi müdafiə edir. Rəyi soruşulanların 52 faizi ölkədəki vəziyyətdən razı olduğunu bildirib.


Fondun iyulun 17-də açıqladığı nəticələrə görə, rəyi soruşulanların 33 faizi hakim Yeni Azərbaycan Partiyasının, 4 faizi müxalifətdə olan Müsavatın, 1 faizi daha bir müxalifət partiyası olan Xalq Cəbhəsi Partiyasının insanların maraqlarını daha yaxşı qoruduğunu bildirib.


Fonddan verilən məlumata görə, bu sorğu ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə müxtəlif regionları və sosial təbəqələri təmsil edən 1.400 respondent arasında keçirilib.


İFES-in Azərbaycan üzrə direktoru Dan Blessinqton «Azadlıq» radiosuna bildirib ki, bu sorğu təşkilatın hər il keçirdiyi sorğulardan biridir, əsas məqsəd də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin ölkə əhalisinin iqtisadi-siyasi vəziyyətə münasibətini, seçkiylə və insan haqlarıyla bağlı rəyini öyrənmək olub.


Amma bu sorğunun nəticələrinə şübhə ilə yanaşanlar da var. «Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirov hesab edir ki, nəticələr reallığı əks etdirmir və bu cür sorğularda ya qəsdən, ya da bilməyərəkdən respondentlərin seçimində sorğu təlimatlarına ciddi pozuntulara yol verilir.


Fondun nümayəndəsi Dan Blessinqton isə deyir, heç də hər bir sorğu hamını razı sala bilməz. Onlar bu sorğunu beynəlxalq standartlara uyğun keçiriblər.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG