Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:33

Kaçinski: «Polşada Amerikanını Raket Əleyhinə Müdafiə sisteminin bir hissəsi yerləşdiriləcək»


Vaşinqtonda ABŞ prezidenti Corc Buşla görüşdən sonra Polşa prezidenti Lex Kaçinski deyib ki, Amerika sipəri Polşaya lazımlıdır. Bir sıra texniki məsələlər – tikintinin miqyası, yeri və müddəti həll olunduqdan sonra Raket Əleyhinə Müdafiə sistemi Polşa ərazisində yerləşdiriləcək.

«Bu, müdafiə sistemidir. Bu, nüvə silahı olan və ya hazırlayan məsuliyyətsiz rejimlərə qarşı müdafiədir», - deyə Kaçinski qeyd edib.


Polşa prezidenti etiraf edib ki, Amerikanını Raket Əleyhinə Müdafiə sisteminə razılıq siyasi məna da kəsb edir.


Qeyri-rəsmi məlumatlara əsasən, Amerika raketləri çox ehtimal ki, Baltik dənizi sahilindəki Redzikovo şəhərinin yaxınlığında yerləşəcək. Tikinti işlərinin təxmini başlanma vaxtı 2008-ci ilin fevralıdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG