Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:18

«STV»nin tezliyinə müsabiqə başlayıb


Müsabiqənin nəticələrinin sentyabrın 17-də açıqlanacağı gözlənir

Müsabiqənin nəticələrinin sentyabrın 17-də açıqlanacağı gözlənir

İyulun 17-dən Türkiyənin «STV» kanalının Azərbaycanda yayımlandığı tezliyə müsabiqə başlayıb. Milli Televiziya və Radio Şurasının (MTRŞ) rəhbəri Nuşirəvan Məhərrəmli «Azadlıq» radiosuna bildirib ki, müsabiqədə iştirak etmək üçün şərtlər artıq mətbuatda dərc olunub. Onun sözlərinə görə, hələlik müsabiqəyə qatılmaq üçün ərizə verən olmasa da, televiziya açmaq arzusunda olanlar çoxdur.


Müsabiqənin avqustun 17-də bitəcəyi, nəticələrin isə sentyabrın 17-də açıqlanacağı gözlənir.


Türkiyənin «STV» kanalının rəhbərliyi isə bir müddətdən sonra Azərbaycanda yayımının dayandırılmasına münasibət bildirməyib. Bir neçə gün əvvəl yayımı dayandırılan ORT telekanalının rəhbərliyi isə bundan yalnız təəssüf hissi keçirdiyini bəyan edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG