Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:35

«Benzinin litri bir manata olacaq?»


Ölkədə enerjidaşıyıcıların qiymətlərinin bahalaşacağı barədə söhbətlər dolaşmaqdadır

Ölkədə enerjidaşıyıcıların qiymətlərinin bahalaşacağı barədə söhbətlər dolaşmaqdadır

«Ayna» qəzetindəki «Benzinin litri bir manata olacaq?» başlıqlı məqalədə bildirilir ki, ölkədə enerjidaşıyıcıların qiymətlərinin bahalaşacağı barədə söhbətlər dolaşmaqdadır. Rəsmilər bu barədə açıqlama verməsələr də, benzinin bir litrinin qiymətinin bir manat olacağı söylənilir. Məsələ ilə bağlı qəzet Nazirlər Kabinetinə müraciət edib. Qurumun Mətbuat Xidmətinin rəhbəri Akif Əliyev bildirib ki, hazırda Nazirlər Kabinetində müzakirələr getmir. «Qiymət artımı gözlənilirmi» sualını cavablandıran A.Əliyev belə deyib: «Nə zamansa nə isə olacaq. Amma məndə bu barədə məlumat yoxdur. Daha ətraflı məlumat üçün Tarif Şurasına müraciət edin. Ölkədə qiymət siyasətini Şura tənzimləyir».


«Azadlıq» qəzetindəki «Məhərrəm Əliyevi tutmaq istəyirlər» başlıqlı məqalədə bildirilir ki, Ramil Usubovun İlham Əliyevdən əzəli düşməninin həbsinə razılıq almağa çalışdığı bildirilir. Qəzet yazır ki, hazırda paytaxt polisinin sabiq şefi barədə təzadlı məlumatlar dolaşır. Bəzi dairələrdən onun həbs olunduğu, müəyyən çevrələrdən xaricə qaçdığı, bir qədər dəqiq mənbələrdən isə istirahətdə olduğu bildirilir. Əliyevin ətrafında bu qədər söhbətlərin artması səbəbsiz deyil. «Azadlıq» iddia edir ki, Məhərrəm Əliyevlə Daxili İşlər naziri Ramil Usubov arasında münasibətlər taraz deyildi. Bunun səbəbləri barədə illər ərzində çox yazılıb. Lakin dəqiq olaraq indiyə qədər bəlli deyil ki, nədən Əliyevlə Usubov düşmən olublar. Qəzet yazır ki, bəzi şəxslər güman edə bilərlər ki, Məhərrəm Əliyev nazir olmaq niyyətindəymiş. Lakin Ramil Usubovu yerindən tərpədə bilmədiyinə görə, ona düşmən kəsilib. Nazir də onu yıxmaq istəyəni zərərsizləşdirmək üçün qabaqlayıcı addım atıb. «Azadlıq» iddia edir ki, Məhərrəm Əliyevi birdəfəlik zərərsizləşdirmək qəranını ancaq prezident verə bilər. Buna görə də ölkə rəhbərinin razılığını almaq üçün cəhdlər göstərilir.


«Ekspress» qəzetindəki «Ermənilərlə birgə yaşaya bilərik» başlıqlı məqalədə Prezidentin İcra Aparatının Xarici Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədov bildirib ki, Azərbaycan rəhbərliyi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Qarabağ nizamlanmasının daha iki il uzanacağı barədə proqnozlarını bölüşmür. Cənab Məmmədov deyir ki, Bakı münaqişənin sülh yolu ilə həlli üçün hər şey edir: «Biz nə edək ki, Koçaryan və onun komandası Qarabağ münaqişəsinin müstəvisində hakimiyyəti zəbt ediblər və bunun da müqabilində öz ömürlərini uzatmaq istəyirlər?» Prezident Aparatının rəsmisi deyir ki, ziyalıların birgə səfəri göstərdi ki, azərbaycanlı və erməni icması birgə yaşaya bilər. «Bu missiyada iştirak etməklə Azərbaycan öz iradəsini ifadə etdi. Biz yenidən ermənilərlə birgə yaşaya bilərik. Dağlıq Qarabağ erməniləri vətəndaş kimi Azərbaycanda yaşaya bilərlər», - deyə o, vurğulayıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG