Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:29

Görüş imkanı olmayan Abbas Lisani sürgün edilə bilər


Abbas Lisani qeyri-qanuni şəkildə həbs və mühakimə edilməsinə etiraz olaraq dəfələrlə aclıq aksiyası keçirib

Abbas Lisani qeyri-qanuni şəkildə həbs və mühakimə edilməsinə etiraz olaraq dəfələrlə aclıq aksiyası keçirib

Ərdəbil zindanında saxlanan tanınmış fəal Abbas Lisaniyə qarşı təzyiqlərin artdığı xəbər verilir. « Savalan Səsi » saytı iyulun 16-da yaydığı xəbərdə fəalın həyat yoldaşına istinad edərək bildirib ki, həbsxana rəisinin əmrinə qarşı çıxdığı üçün Lisani iki həftə ailəsi ilə görüşdən məhrum edilib.


Həmin məlumata əsasən, Abbas Lisaniyə həbsxananın psixoloji korpusuna müraciət etməsi təklif edilib. Onun bu təklifə etirazından sonra ailəsi ilə görüşləri yasaq edilib. Fəalın məhkəmə işinə baxan hakim Şəfii isə onun həyat yoldaşına deyib ki, Lisani zindan məmurlarının təkliflərinə baş əyməsə, İranın ucqar cənub məntəqələrində yerləşən təcridxanalardan birinə sürgün ediləcək.


İran azərbaycanlılarının milli və mədəni haqları uğrunda mübarizə aparan 39 yaşlı Lisani 1997-ci ildən başlayaraq dəfələrlə nəzarət altına alınıb, həbs və şallaq cəzasına məhkum edilib.


Abbas Lisani qeyri-qanuni şəkildə həbs və mühakimə edilməsinə etiraz olaraq dəfələrlə aclıq aksiyası keçirib. O, həbsxanadan yazdığı bir neçə açıq məktubda İran azərbaycanlılarının milli və mədəni haqlarının yalnız dinc yolla əldə edilə biləcəyinə inandığını bildirib.


«Amnesty International» beynəlxalq insan hüquqları təşkilatı Abbas Lisanini vicdan məhbusu hesab edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG