Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:48

Rövşən Novruzoğluna cinayət işi açılıb


«İctimaiyyət üçün geniş açıqlama yalnız istintaq bitdikdən sonra mümkün olacaq»
«İctimaiyyət üçün geniş açıqlama yalnız istintaq bitdikdən sonra mümkün olacaq»

Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya Qarşı Mübarizə Mərkəzinin direktoru, Milli Elmlər Akademiyasının İnsan Haqları İnstitutunun elmi işçisi Rövşən Novruz oğlu Vəliyevin (Rövşən Novruzoğlu) cinayət məsuliyyətinə alınması xəbəri təsdiqlənib. Bu haqda qeyri-rəsmi xəbər «Yeni Müsavat» qəzetinin 16 iyul sayında gedib.


Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Vüqar Əliyev «Media forum» saytına açıqlamasında Rövşən Novruzoğlu haqqında Cinayət Məcəlləsinin 178-ci maddəsilə (dələduzluq) cinayət işi açıldığını deyib. Onun sözlərinə görə, hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində araşdırma gedir: «Ola bilər ki, istintaqın gedişatında cinayət işinə digər maddələr əlavə edilsin. İlkin açıqlama kimi onu deyə bilərəm ki, R.Vəliyev barəsində Bakı Şəhər İcra Hakimiyyətinin təqdim etdiyi materiallar əsasında cinayət işi açılıb».


V.Əliyev hazırda istintaq getdiyindən geniş məlumat vermək istəmədiyini deyib. Mətbuat Xidmətinin rəhbəri bildirib ki, Bakı meriyasından Baş Prokurorluğa daxil olan materiallarda R.Novruzoğlunun özünü yüksək vəzifəli məmur, həmçinin prokurorluğun nəzdindəki korrupsiya idarəsinin əməkdaşı kimi təqdim etməklə çoxsaylı dələduzluq əməllər törətdiyi göstərilib.


Mətbuat Xidmətinin rəhbəri R.Novruzoğlu haqqında konkret kimin şikayətçi olması haqda məlumat verməyib: «İctimaiyyət üçün geniş açıqlama yalnız istintaq bitdikdən sonra mümkün olacaq».


Məsələ ilə bağlı Novruzoğlunun yaxınlarının və onun vəkilinin mövqeyinin öyrənmək mümkün olmayıb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG