Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:57

Avropa Şurası Nazirlər Komitəsi də Qarabağdakı seçkidən narahatdır


Avropa Şurasının Baş qərargahı, Strasburq

Avropa Şurasının Baş qərargahı, Strasburq

Avropa Şurası Nazirlər Komitəsinin (AŞ NK) rəhbərliyi iyulun 19-da Dağlıq Qarabağda keçiriləcək prezident seçkiləri ilə bağlı narahatlığını bildirib. Bu seçkilər və onun nəticələri beynəlxalq ictimaiyyət tərəfindən tanınmadığına görə AŞ NK münaqişənin sülh danışıqları çərçivəsində həlli üçün ATƏT-in Minsk Qrupunun səylərinə hərtərəfli dəstək verməyi yenidən bəyan edir.


Sənəddə bildirilir ki, aparılan danışıqları qabaqlayan bu cür seçkilər problemin həllinə əngəl yaradır. Nazirlər Komitəsinin rəhbərliyi Azərbaycan və Ermənistanı Avropa Şurasına üzv olarkən üzərinə götürdüyü öhdəliklərə uyğun problemin sülh yolu ilə həlli üçün səylərini artırmağa çağırıb.


İyulun 19-da separatçı Dağlıq Qarabağda prezident seçkiləri keçirilməlidir.


Günün bütün mövzuları

XS
SM
MD
LG