Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:02

«Bakıda ölkənin ümumi şəhər əhalisinin 55 faizi toplaşıb»


Paytaxtda əhalinin sayı çoxalır

Paytaxtda əhalinin sayı çoxalır

Bakıda ölkənin ümumi şəhər əhalisinin 55 faizi toplaşıb. Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev belə deyir. İyulun 16-da ABŞ-ın Azərbaycandakı səfirliyilə hökumətin birgə keçirdiyi enerji təhlükəsizliyi tədbirindəki çıxışında Hacıyev daha sonra bildirib ki, son 100 ildə paytaxtın əhalisi 100 dəfə artıb. Nazir müavini deyir ki, indi Bakıda 1 kvadrat km-ə 380 adam düşür.


Ölkənin bir çox demoqrafları isə hələ bir neçə il əvvəl Bakıda əhalinin sayının rəsmi statistikadan artıq olduğunu, təxminən 3-4 milyona çatdığını bildirirdilər.


Günün bütün mövzuları

XS
SM
MD
LG