Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:00

Rusiya «Avropada adi silahlar haqqında» müqavilədə iştirakını dayandırır


Müqavilə Atlantik okeandan Ural dağları məkanına qədər quru ərazisindəki adi silahların kvotasını tənzimləyir

Müqavilə Atlantik okeandan Ural dağları məkanına qədər quru ərazisindəki adi silahların kvotasını tənzimləyir

Rusiya «Avropada adi silahlar haqqında» müqavilə və həmin sənədlə bağlı olan beynəlxalq sazişlərdə iştirakını dayandırır. Bu barədə Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb.

Sənəddə deyilir ki, qərar «Rusiyanın təhlükəsizliyinə toxunan xüsusi səbəblərlə əlaqədar olaraq» qəbul edilib.


Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, müqavilənin icrasına moratorium dialoqun tam dayandırılması demək deyil və sənədin müasirləşdirilməsi ilə bağlı mübahisəli məsələlər həll olunarsa, Moskva dialoqa qayıtmağa hazırdır.



NATO ittifaqı Rusiyanın «Avropada adi silahlar haqqında» müqavilədən çıxmaq qərarından təəssüfləndiyini bildirib.


NATO-nun Brüsseldəki nümayəndəsi Ceyms Appaturay Rusiyanın qərarını «yanlış istiqamətdə addım» adlandırıb. O, deyib ki, NATO üzrə müttəfiqlər həmin müqaviləni Avropada sabitliyin «təməl daşı» sayırlar.





«Avropada adi silahlar haqqında» müqavilə 1990-cı il dekabrın 19-da Parisdə NATO və «Varşava müqaviləsi» bloku (SSRİ və sosialist ölkələri) arasında imzalanıb.



Sənəd rəsmən 1992-ci ilin noyabrında qüvvəyə minmiş, amma bu vaxt artıq «Varşava bloku» və SSRİ dağılmışdı.



Müqavilənin yeni reallıqlara uyğunlaşdırılmış yekun variantı 1999-cu il noyabrın 19-da ATƏT-in İstanbul sammitində 30 ölkə (o cümlədən, Azərbaycan və Ermənistan) tərəfindən imzalanıb. Lakin indiyədək yalnız dörd ölkə - Rusiya, Ukrayna, Belarus və Qazaxıstan bu sənədi ratifikasiya edib.



NATO bildirib ki, alyans ölkələri yalnız Rusiya Gürcüstan və Moldovadakı silahlı qüvvələrini çıxardıqdan sonra müqaviləni ratifikasiya edəcəklər.


Müqavilə Atlantik okeandan Ural dağları məkanına qədər yerləşən dövlətlərin quru ərazisindəki adi silahların kvotasını tənzimləyir.


Günün bütün mövzuları

XS
SM
MD
LG