Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:28

«Azərbaycan dollardan xilas olacaq»


Dünyanın valyuta birjalarında dolların kursunda eniş tendensiyası davam edir

Dünyanın valyuta birjalarında dolların kursunda eniş tendensiyası davam edir

«Yeni müsavat» qəzeti yazır ki, Polad Bülbüloğlu, Kamal Abdulla, Fərhad Bədəlbəyli və İlham Fətəliyevin Şuşa səfəri ilə əlaqədar qalmaqallar səngiməmiş daha bir qrup ziyalının işğal altında olan Azərbaycan torpaqlarına yollanacağına dair xəbərlər yayılıb.


Qəzet iyulun 14-də çıxan sayında yazır ki, bu dəfə ziyalılardan ibarət qrupa Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov başçılıq edəcək. Nümayəndə heyətində Azərbaycanın Hindistandakı səfiri Tamerlan Qarayev, şair Ramiz Rövşən, yazıçı Seyran Səxavətin təmsil olunacağı bildirilir.


Bu məlumatın nə dərəcədə həqiqətəuyğun olduğunu dəqiqləşdirmək üçün «Yeni Müsavat» yazıçı Seyran Səxavətlə əlaqə saxlayıb. Seyran Səxavət ona bu barədə heç bir təklif edilmədiyi deyib: «Nümayəndə heyətində mənim də təmsil olunmağıma gəlincə, bu ona bənzəyir ki, qız evində toydur, oğlan evinin xəbəri yox».


«Təklif gələrsə, bunu qəbul edərsinizmi» sualına yazıçı birmənalı cavab verməyib: «Bilirsiz, mən ümumiyyətlə, gediş-gəlişin əleyhinə deyiləm, amma baxır hara və nə zaman gedilir. Əgər biz Qarabağı qaytaracağıqsa, şeytanın da yanına gedərik, təki ortada bir nəticə olsun. Nəticəni isə bəri başdan istəmək sadəlövhlükdür».


«Exo» qəzeti özünün manşet xəbərində yazır: «Azərbaycan hökuməti öz valyuta ehtiyatlarını Avro və Britaniya funt sterlinqinə keçirməyə başlaya bilər».


Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvü Vahid Əhmədov qəzetə deyib ki, bu kimi tədbirlər dövlətin valyuta ehtiyatlarının qorunması üçün həyata keçirilir. Məlumdur ki, iqtisadi və siyasi amillərin təsiri altında dünyanın valyuta birjalarında Amerika dollarının kursunda eniş tendensiyası davam edir... Əgər yanvarın ilk ongünlüyündə dollar 87,26 qəpik idisə, indi bu məzənnə 85,49 qəpiyə qədər düşüb.


Qəzet onu da əlavə edir ki, dollar aktivlərinin başqa valyutalara keçirilməsi həm də gizli siyasi məna kəsb edir. Bu istiqamətdə tədbirləri ABŞ-ın rəsmi qurumları birmənalı qarşılamaya bilər.


«Taxılın və unun bahalaşması çörəyin də qiymətinə təsir edib. Artıq Gəncədə, Şəkidə və sıra rayonlarda 20 qəpiklik çörək 30 qəpiyə satılır.


Paytaxt Bakıda isə çörəyin qiymətində artım müşahidə olunmasa da, çəki azaldılıb».


«Mərkəz» qəzetinin dükanlarda apardığı müşahidələr zamanı çörəyin çəkisinin normaya uyğun olmadığı bir daha üzə çıxıb.


«Məsələn, 20 qəpiyə satılan çörək 300-350 qramdır. Halbuki, həmin çörəyin çəkisi 650-700 qram olmalıdır».


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyindən isə məsələyə müdaxilə imkanlarının məhdud olduğunu söyləyiblər:


«Müvafiq qanunvericilikdə çörəyin çəkisi ilə bağlı konkret standart yoxdur. Yəni hazırda adıçəkilən məsələ istehsalçılarla sifarişçilər arasında müəyyənləşdirilir və tələbata uyğun standart seçilir. Agentliyin əməkdaşları hansısa çörək sexində araşdırma apararkən, çəki ilə əlaqədar irad bildirdikdə, sahibkarlar bunu təzyiq kimi qiymətləndirirlər. Bu baxımdan, məsələyə ehtiyatla yanaşırıq».


XS
SM
MD
LG