Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:38

Qarabağ münaqişəsinin həlli seçkilərdən sonraya qala bilər


«Beynəlxalq birlik Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır»

«Beynəlxalq birlik Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır»

«Təəssüf ki, Azərbaycan və Ermənistan prezidentləri Sankt-Peterburq görüşündə fikir ayrılıqlarını həll edə, Dağlıq Qarabağ münaqişəsinin əsas həll prinsipləri yolunda maneələri aradan qaldıra bilmədilər…


Gələn il həm Azərbaycan, həm də Ermənistanda prezident seçkisidir. Keçmiş təcrübə göstərir ki, seçki kampaniyaları münaqişənin həllində irəliləyişə imkan verməyəcək. Prezidentlər səviyyəsində əsas prinsiplər üzrə razılıq olmayanda isə, münaqişənin sülh yoluyla həlli üzrə razılaşma layihəsi hazırlamaq mümkün deyil».


Bunu ATƏT-in Minsk qrupunun həmsədrləri deyir. Bernar Fasye, Yuri Merzlyakov və Mətyu Brayza iyulun 13-də Vyanada görüşəndən sonra birgə bəyanat yayıblar.


«Həmsədrlər anlayırlar ki, 13 illik «nə sülh, nə müharibə» şəraitindən sonra «status-kvo»nu qorumaq, Ermənistan və Azərbaycan liderləri üçün qarşılıqlı kompromisə getməkdən daha asan görünə bilər. Lakin əgər tərəflər hazırda cəsur addımlar atmaqdan boyun qaçırırlarsa, biz - vasitəçilər bunu onların yerinə edə bilmərik».


Vasitəçilər bu yaxınlarda Azərbaycan və Ermənistan ziyalılarının qarşılıqlı səfərlərini alqışlayırlar, hesab edirlər ki, bu addım ictimai rəyin sülhə hazırlanması məqsədi güdür. Ancaq həmsədrlər bəzi proseslərdən narahatdırlar, məsələn, belə bir təhlükəli illüziya yaradılır ki, münaqişə müharibəylə də həll edilə bilər.


Minsk qrupu həmsədrləri bildirir ki, Dağlıq Qarabağda keçiriləcək seçkilər sülh prosesinə təsir etməməlidirlər. Belə ki, «beynəlxalq birlik Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır».


ATƏT-in Minsk qrupunun həmsədrləri vurğulayırlar ki, münaqişənin həllində əsas vasitəçilərdir, başqa təşkilatların birtərəfli təşəbbüsləri münaqişə ölkələri arasında gərginliyi artıra və sülh prosesini dayandıra bilər.



Prezident Aparatında xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovsa həmsədrlərin bəyanatını tənqid edib.


O, jurnalistlərə deyib ki, Azərbaycanın bəyanata münasibəti mənfidir. Belə ki, onlar tərəflər arasında bərabərlik işarəsi qoyurlar, işğala məruz qalanla məsuliyyət daşıyanı eyniləşdirirlər.



Günün bütün mövzuları

XS
SM
MD
LG