Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:11

ANAMA-nın Ağstafada yaralanan əməkdaşı xəstəxanaya yerləşdirilib


Ağstafanın Saloğlu kəndində partlayış ərazidə təmizləmə işləri aparılarkən baş verib.


Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Mətbuat Xidmətinin əməkdaşı Səbinə Cəlilova «Azadlıq» radiosuna deyib ki, partlayışda həlak olan və yaralananlar onların əməkdaşlarıdır: «Mütəxəssis Seymur Namazov xəstəxanaya çatdırılan zaman vəfat edib, digər əməkdaşımız Bəxtiyar Məmmədova isə tibbi yardım göstərilib».


Ağstafanın Saloğlu kəndində partlayış iyulun 12-i səhər saatlarında hərbi sursat təmizlənməsi zamanı baş verib. Gəncə Şəhər Xəstəxanasına yerləşdirilən Bəxtiyar Məmmədov hazırda həkimlərin nəzarəti altındadır.


Günün bütün mövzuları

XS
SM
MD
LG