Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 07:54

Həbsdə olan jurnalistlərin əfv olunması üçün ölkə prezidentinə müraciət məsələsi müzakirə olunub


Mətbuat Şurasının İdarə Heyətinin iyulun 13-də keçirilən iclasında həbsdə olan jurnalistlərin əfv olunması üçün ölkə prezidentinə müraciət qəbul etmək məsələsi müzakirə olunub.


«Turan»ın məlumatına görə, iclas zamanı konkret siyahı müəyyənləşdirilib. Bu siyahıya Fərəməz Allahverdiyev («Nota-bene» qəzeti), Samir Hüseynov, Rafiq Tağı («Sənət» qəzeti), Sakit Zahidov («Azadlıq» qəzeti), Rövşən Mahmudov, Yaşar Ağazadə («Müxalifət» qəzeti) və Eynulla Fətullayev («Realnı Azərbaydjan», «Gündəlik Azərbaycan» qəzetləri) daxil ediliblər.


Həmçinin, məhbus həyatı yaşayan «Lider-Media» qəzetinin sabiq baş redaktoru Məhəmmədəli Qəribov və həmin nəşrin redaktoru Nizami Hacıyevlə bağlı yenidən araşdırmalar aparılması üçün də müvafiq müraciətin göndərilməsi barədə qərar qəbul olunub.


Günün bütün mövzuları

XS
SM
MD
LG