Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:14

Braziliya məhkəməsi Boris Berezovskinin həbsinə order verib


Braziliya məhkəməsi rusiyalı milyarder Boris Berezovskinin həbsinə order verib.


Milyarder Braziliyanın «Korintians» futbol komandası vasitəsilə çirkli pul «yumaq»da ittiham olunur. Məhkəmə qərar verib ki, «İnterpol»dan Berezovskinin həbsini xahiş etsin. Onunla birlikdə komandanın bir neçə direktorunun da həbsi istənilir.


Braziliya hökuməti deyir ki, Berezovski Media İdman Sərmayələri Fondunun investorudur. Bu fond «Korintians» komandasını idarə edir.


Komanda və fondsa deyilənləri təkzib edir.


XS
SM
MD
LG