Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:33

«Gediş haqqı artacaq»


Sumqayıt şossesində yerləşən qazdoldurma məntəqəsində də qiymətlər artıb
Sumqayıt şossesində yerləşən qazdoldurma məntəqəsində də qiymətlər artıb

«Azadlıq» qəzetindəki «Azərbaycandakı zəlzələni İran yaradır?» başlıqlı məqalədə bildirilir ki, bəzi mülahizələrə görə, İran tektonik silahlarını sınaqdan çıxardığı üçün zəif zəlzələlərə səbəb olur. İki gün əvvəl ölkənin cənub bölgəsində baş verən zəlzələni xatırladan qəzet yazır ki, son zamanlar zəlzələlərin tez-tez baş verməsini bəziləri Xəzərin suyunun artması ilə, digərləri isə İraqda və Yaxın Şərqdə başqa müharibələrdə tektonik silahlardan istifadə olunması əlaqələndirir. «Azadlıq»a müsahibəsində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktor müavini Qurban Yetirmişli son zəlzələni təbii hadisə hesab edir: «Dünyada Qafqaz seysmik ərazilər içərisində adı hallanan bölgədir. Azərbaycan da seysmik ərazidə yerləşdiyindən bu zəlzələnin baş verməsi təbii haldır. Bunu nə Yaxın Şərqdə istifadə edilən tektonik silahlardan sonra törənən süni silkələnmə, nə də Xəzərin suyunun artması ilə əlaqələndirmək olar».


«Mərkəz» qəzetindəki «Gediş haqqı artacaq» başlıqlı məqalədə bildirilir ki, paytaxtda fəaliyyət göstərən qazdoldurma məntəqələrində uzun növbələrin yaranmasından istifadə edən sahibkarlar qiyməti artırıblar. Bir həftə əvvəl kubmetri 35 qəpiyə satılan propan və butan qazının qiyməti 40 qəpiyədək bahalaşıb. «Azturqaz» qazdoldurma məntəqəsindən qəzetə bildiriblər ki, stansiyada qaz qıtlığı olmasa da, qiymətlər artıb. Sumqayıt şossesində yerləşən qazdoldurma məntəqəsində də qiymətlər artıb. Qazın qiymətinin bahalaşmasını sürücülər də təsdiqləyiblər. «Mərkəz» yazır ki, mikroavtobusların 90 faizi maye qazla işlədiyindən gediş haqqının artacağı istisna olunmur.


«Ayna» qezetindəki «Koçaryan müharibə ilə hədələyir» başlıqlı məqalədə bildirilir ki, Ermənistan prezidenti Almaniyanın «SPIEGEL» jurnalına müsahibəsində Azərbaycan və Ermənistanın müharibə astanasında olduğunu bildirib: «Danışıqların nəticə verməməsi Azərbaycanın gerçək qərarlar qəbul etmək arzusunun olmaması ilə bağlıdır. Bakıdakı hakimiyyət prosesin əksinin mümkünlüyünə səhvcəsinə ümid edir. Amma tarixin təkərini geri çevirmək olmaz. Müstəqillik əldə etmiş xalq heç vaxt bu nailiyyətindən əl çəkməyəcək».


Koçaryan bildirib ki, Ermənistanla Qarabağın gələcəyi ona assimetrik konfederasiya kimi görünür. «Lakin sözügedən mərəhələdə Qarabağ respublikası tamhüquqlu dövlət hesab edilir və yeri gəlmişkən, bu dövlət bir çox məsələləri Azərbaycandan yaxşı bacarır», - deyə Koçaryan vurğulayır. Qəzet yazır ki, Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistan prezidentinin açıqlamalarını əsassız adlandırıb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG