Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:39

Tovuz və Xanlarda partlamamış sursatların zərərsizləşdirilməsinə başlanacaq


Tovuz və Xanlar rayonlarında partlamamış sursatlar zərərsizləşdiriləcək. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Xanlar regional bazasının meneceri Namiq Məmmədov deyir ki, Tovuzdakı partlamamış hərbi sursat Ağstafanın Saloğlu kəndindən gətirilib. Hələlik hərbi sursatların sayı bilinmir.


Məmmədov deyir ki, Xanlar rayonu vaxtilə döyüş bölgəsi olduğundan bu ərazidə mina təhlükəsinin mövcudluğundan da narahatdırlar. Ona görə də, Rayon İcra Hakimiyyətinə rəsmi müraciət ediblər ki, onlara daha təhlükəli sayılan Toğana və Sarısu kəndlərində işləmək üçün şərait yaradılsın.


ANAMA indiyədək 14 milyon kvadrat metrdən çox ərazini parlamamış sursatlardan təmizləyib. Bu zaman yeddi mindən çox partlamamış hərbi sursat, o cümlədən piyada və tank əleyhinə mina zərərsizləşdirilib.



XS
SM
MD
LG