Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:12

«Şou-biznesdə bayağılıq və əxlaqsızlıq adi hala çevrilib»


«Teleefir şou-biznes ulduzları arasında məhkəmə çəkişmələrinə aparan intriqalarla doldurulub»

«Teleefir şou-biznes ulduzları arasında məhkəmə çəkişmələrinə aparan intriqalarla doldurulub»

Milli Məclisin Mədəniyyət Məsələləri üzrə Daimi Komissiyası payız sessiyasında şou-biznes sahəsində fəaliyyət haqqında qanun layihəsini hazırlamaq və müzakirə etmək niyyətindədir. Bu barədə «Turan»a komissiyanın rəhbəri Nizami Cəfərov bildirib. Onun sözlərinə görə, şou-biznes sahəsində intizamın yaradılması və fəaliyyətin nizama salınması üçün bu cür qanunun qəbul edilməsi zəruridir: «Xüsusilə, söhbət maliyyə pozuntularının qarşısının alınmasından gedir. Belə ki, klip, film və digər məhsulları istehsal edən bir çox şirkətlər, şou tədbirlərin təşkilatçıları vergidən yayınırlar».


Nizami Cəfərov həmçinin bildirir ki, şou-biznes sahəsində bayağılıq və əxlaqsızlıq adi hala çevrilib və bəzən incəsənətlə pornoqrafiya arasında sərhəd itir: «Teleefir şou-biznes ulduzları arasında məhkəmə çəkişmələrinə aparan intriqalarla doldurulub. Bütün bunlar cəmiyyətin mənəvi aşınması məqsədilə Qərbdən aşağı səviyyəli kütləvi mədəniyyətin ixracına şərait yaradır».


Deputatın fikrincə, telekanallarda ədəb-ərkan normalarına əməl və nəzarət edilməsi üçün cəmiyyətdə nüfuzu olan mədəniyyət xadimlərindən ibarət komissiyalar fəaliyyət göstərməlidir.


Günün bütün mövzuları

XS
SM
MD
LG