Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:50

«Human Rights Watch»un icraçı direktoru Azərbaycana gəlir


«Human Rights Watch»un icraçı direktoru Kennet Ross
«Human Rights Watch»un icraçı direktoru Kennet Ross

Beynəlxalq hüquq müdafiə təşkilatı «Human Rights Watch»un (HRW) icraçı direktoru Kennet Ross iyulun 16-17-də Azərbaycana səfər edəcək. Təşkilatın Qafqaz üzrə nümayəndəsi Georgi Qogiya «Turan»a bildirib ki, HRW rəhbəri Bakıda hakimiyyət, QHT və xarici diplomatik missiyaların nümayəndələrilə görüşmək niyyətindədir.


Görüşlər zamanı azad mətbuata hücumlar, insan hüquqlarının ümumi vəziyyəti, siyasi məhbusların icgəncələrə məruz qalması problemi, həmçinin demokratik seçkilərin təmin edilməsinə dair məsələlər müzakirə ediləcək. «Ross konkret kimlərlə görüşəcək» sualına cavabında Qogiya bildirib ki, prezident, Baş nazir, Xarici İşlər naziri və Baş prokurorla görüşlər istənilib. Lakin Azərbaycan tərəfi iyulun 12-i axşama qədər görüşlərlə bağlı hər hansı bir cavab verməyib.


İyulun 17-də saat 18:00-da Beynəlxalq Mətbuat Mərkəzində Kennet Rossun mətbuat konfransı keçiriləcək.


Qogiya həmçinin deyib ki, HRW rəhbəri Qafqaza ilk dəfədir gəlir. Bu da Azərbaycandakı vəziyyətin ciddiliyini göstərir. Bakıdan Kennet Ross Almaniya Xarici İşlər naziri Ştaynmayerlə görüşmək üçün Berlinə gedəcək.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG