Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:06

Devid və Viktoriya Bekhemlər iyulun 13-də Los-Ancelesə gəlirlər


İyulun 13-də Los-Ancelesə məşhur ingiltərəli futbolçu Devid Bekhem və onun həyat yoldaşı, «Spice Girls» pop-qrupunun keçmiş ulduzu Viktoriya gəlir.

Əvvəllər Madridin «Real» klubunda oynayan Bekhem «Los Angeles Galaxy» komandası ilə müqavilə imzalayıb. Mətbuat yazır ki, kontrakta əsasən, futbolçu beş ildə 250 milyon dollar alacaq.


Yeni klubda ilk oyununu o, artıq iyulun 21-də keçirəcək.


Mətbuatda Viktoriya Bekhemin Hollivudda mümkün karyerası da fəal müzakirə olunur, baxmayaraq ki, onun özü bu məlumatları təsdiqləməyib.


Hələlik məlum olan odur ki, dağılan «Spice Girls» qrupunun üzvləri bu il yenidən birləşmək və qastrol turu keçirmək niyyətindədirlər.


XS
SM
MD
LG