Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:42

Paytaxtda borclu abonentlərin işığı kəsilir


«Мənzil sahiblərinin evdə olub-olmamasından asılı olmayaraq elektrik verilməsi dayandırılacaq»

«Мənzil sahiblərinin evdə olub-olmamasından asılı olmayaraq elektrik verilməsi dayandırılacaq»

«Bakıelektrikşəbəkə» Açıq Səhmdar Cəmiyyəti borclu abonentlərə elektrik enerjisi verilməsini dayandırıb. Qurumun İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Tanrıverdi Mustafayevin «Azadlıq» radiosuna verdiyi xəbərə görə, paytaxtın 11 rayonu üzrə 14 min borclu abonentin işığı kəsilib. İyulun 12-nə qədər onlardan 70 faizi artıq borclarını ödəyib.


Cənab Mustafayevin dediyinə görə, ilin başlanğıcından abunə haqlarının yığım faizində artım müşahidə olunub. Bununla belə, hələ də paytaxtda davamlı olaraq enerji haqlarını ödəməyən abonentlər var. O, mərkəzdəki və bağ massivlərindəki villa sahibləri arasında da borclu abonentlərin olduğunu bildirib. İyulun 9-dan başlayaraq onların da işığı kəsilib.


Bağ mövsümünün davam etməsilə əlaqədar «Bakıelektrikşəbəkə» şəhər ətrafına köçən abonentlərə xəbərdarlıq ünvanlayaraq onları daimi yaşadıqları mənzillər üzrə enerji borclarını ödəməyə çağırır. Əks halda, mənzil sahiblərinin evdə olub-olmamasından asılı olmayaraq elektrik verilməsi dayandırılacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG