Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:56

Ekspertlər Putinin radar təklifini müzakirə edəcəklər


«Danışıqların məqsədi «Putinin təkliflərindən bəzilərini araşdırmaqdır»

«Danışıqların məqsədi «Putinin təkliflərindən bəzilərini araşdırmaqdır»

Bu ayın sonunda Birləşmiş Ştatlar və Rusiyanın texniki ekspertləri Moskvanın radar təklifini müzakirə edəcəklər. ABŞ Çexiya və Polşada raket əleyhinə müdafiə sistemi quraşdırmaq istəyir, Rusiya isə buna alternativ kimi Azərbaycandakı Qəbələ RLS-dən birgə istifadəni təklif edib. Amerika prezidenti Corc Buş razılaşıb ki, rusiyalı həmkarı Vladimir Putinin təklifini öyrənsinlər. Buş deyib ki, məsələni öyrənmək üçün ekspertlər qrupu yaradılsın.


Dövlət Departamentinin sözçüsü Şon Makkormak jurnalistlərə deyib ki, texniki ekspertlərin ilk görüşü Vaşinqtonda keçiriləcək. Görüşün dəqiq tarixi hələ məlum deyil. Makkormak deyib ki, danışıqların məqsədi «Putinin təkliflərindən bəzilərini araşdırmaqdır».


Birləşmiş Ştatlar Rusiyanın Qəbələ RLS-lə bağlı təklifini konstruktiv adlandırıb, ancaq onu da bildirib ki, Çexiya və Polşa radar sisteminin ayrılmaz hissəsi olmalıdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG