Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:11

«Gənclik»dən Sumqayıta avtobusları yol polisi buraxmır


Bakıdan, metronun «Gənclik» stansiyasından Novxanı yoluyla Sumqayıta işləyən ititutumlu marşrutlarla bağlı problem hələ də həll olunmayıb. Həmin marşrutun sahibi «İsmayıloğulları» MMC-nin prezidenti Qulam İsmayılov deyir ki, onlara məxsus avtobusları Sumqayıta yol polisi buraxmır. Onun sözlərinə görə, bütün sənədlərin qaydasında olmasına baxmayaraq, yaranmış vəziyyətə heç kim aydınlıq gətirmək istəmir.


MMC-nin prezidenti onu da bildirir ki, iyulun 12-də yol polisi əməkdaşları ilə görüşüb və ona göstərişin yuxarıdan gəldiyini deyiblər. Onun sözlərinə görə, iyulun 11-də Bakı-Sumqayıt xəttilə işləyən 24 avtobusdan üçü cərimə meydançasına aparılıb, bir neçə sürücünün isə vəsiqəsi alınıb.


Sumqayıt Yol Polisinin rəisi Əhmədağa Məmmədov isə deyir ki, həmin marşrutların Sumqayıtda harda dayanması Şəhər İcra Hakimiyyətilə razılaşdırılmadığından onlara həmin avtobusların bu şəhərə daxil olmasının qarşısını almaq göstərişi verilib. Cənab Məmmədovun sözlərinə görə, Şəhər İcra Hakimiyyəti ilə şirkət arasında razılaşma əldə olunarsa, avtobusların hərəkətinə məhdudiyyət aradan qaldırılacaq.


XS
SM
MD
LG