Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:10

«Köçkünlərə ya başqa ev, ya da kompensasiya veriləcək»


Məcburi köçkünlər deyirlər ki, Dövlət Neft Şirkəti onları evlərindən çıxarmaq istəyir

Məcburi köçkünlər deyirlər ki, Dövlət Neft Şirkəti onları evlərindən çıxarmaq istəyir

Bakının Sabunçu rayonundakı 4-cü mədən ərazisində yaşayan məcburi köçkünləri evlərindən çıxarsalar, onlara ya başqa ev, ya da ki, kompensasiya verəcəklər. Bunu «Azadlıq» radiosuna Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sözçüsü Sənan Hüseynov deyib. Ərazidə yaşayan köçkünlər etiraz aksiyası keçiriblər. Məcburi köçkünlər deyirlər ki, Dövlət Neft Şirkəti onları evlərindən çıxarmaq istəyir. Köçkünlərə bildiriblər ki, evlərə görə ərazidəki neft buruqlarına texniki qulluq etmək olmur.


Sənan Hüseynov isə bildirir ki, hələlik köçürülmə real deyil: «Belə bir şey olsa, əvvəlcə Dövlət Neft Şirkəti onlara müraciət edəcək və birgə komissiya yaradılacaq».


Hüseynovun sözlərinə görə, amma bütün hallarda məcburi köçkünləri evsiz qoymayacaqlar, bu haqda prezidentin sərəncamı var.


4-cü mədən ərazisində 7-8 min məcburi köçkün yaşayır.


Günün bütün mövzuları

XS
SM
MD
LG