Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:51

ORT-nin rəsmisi: «Biz heç nə itirmədik...»


«Artıq yayımın bərpası üçün televiziyaya tamaşaçı xahişləri ünvanlanır»
«Artıq yayımın bərpası üçün televiziyaya tamaşaçı xahişləri ünvanlanır»

«Biz heç nə itirmədik, çünki bu yayım kommersiya xarakteri daşımırdı. Amma Azərbaycanın rusdilli tamaşaçıları itirdilər».


Rusiyanın ORT telekanalının beynəlxalq yayım marketinqi üzrə direktoru Aleksandr Neçayev «Azadlıq» radiosuna sözügedən kanalın Azərbaycanda yayımının dayandırılması ilə bağlı vəziyyəti şərh edərkən bildirib.


Kanal rəhbərliyinin məsələ ilə bağlı artıq press-reliz yaydığını bildirən Neçayev deyir ki, onlar Azərbaycan məmurlarının ORT-nin yayımıyla bağlı məlum qərarına heyfslənirlər. Onun sözlərinə görə, artıq yayımın bərpası üçün televiziyaya tamaşaçı xahişləri ünvanlanır və onlar ümid edirlər ki, bu müraciətlər eşidiləcək.


«ORT-nin Azərbaycanda yayımlanmaqda hansısa marağı varmı» sualının cavabında Aleksandr Neçayev bildirdi ki, bu maraq rus dilində danışanların tələbatını ödəməkdən başqa bir şey deyil: «Biz çox təəssüflənirik ki, Azərbaycan məmurları Azərbaycan tamaşaçılarını bu imkandan məhrum etdilər və onları kanala baxmaq üçün pul ödəmək məcburiyyəti qarşısında qoydular».


Milli Televiziya və Radio Şurasının qərarıyla iyulun 11-dən Rusiyanın OPT kanalının Azərbaycanda yayımı dayandırılıb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG