Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:48

Apellyasiya Məhkəməsi Eynulla Fətullayevin MTN-də saxlanması barədə qərarı qüvvədə saxlayıb


İyulun 11-də Apellyasiya Məhkəməsi hakim Rəsul Səfərovun sədrliyi ilə «Realnı Azerbaydjan» və «Gündəlik Azərbaycan» qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayevin Milli Təhlküsizlik Nazirliyində həbsdə saxlanması barədə Səbail məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bu barədə «Turan» məlumat yayıb


Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun vəkil İsaxan Aşurova istinadən bildirdiyinə görə, redaktor yenidən terrorla hədələmə ittihamı üzrə istintaqın suallarına cavab verməkdən imtina edib.


Fətullyaevə qarşı bu ittiham iyulun 4-də Milli Təhlükəsizlik Nazirliyi tərəfindən irəli sürülüb. İttiham üçün əsas «Realnı Azerbaydjan» qəzetindəki «Əliyevlər müharibəyə hazırlaşır» məqaləsi olub.


XS
SM
MD
LG