Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:23

Liviyanın Ali Məhkəməsi həkimlərə ölüm hökmünü təsdiq edib


Liviyanın Ali Məhkəməsi beş bolqar tibb bacısı və fələstinli həkimə çıxarılan ölüm hökmünü qüvvədə saxlayıb. Onlar 400 liviyalı uşağı qəsdən QİÇS-ə yoluxdurmada təqsirləndirilirlər.


Bundan qabaq, həkimlərin taleyi ətrafında yaranmış vəziyyətin QİÇS-dən ölən uşaqların ailələri ilə əldə olunan razılıq sayəsində çözüldüyü bildirilirdi.


Gözlənilirdi ki, Liviyanın Ali Məhkəməsi ölümə məhkum olunanların verdiyi apellyasiya üzrə qərar çıxararkən, bu razılaşmanı nəzərə alacaq.


Tibb bacıları və həkim 1999-cu ildən həbsdədir. Onlar işgəncələr altında danışdıqlarını deyirlər.


Avropa Komissiyasının başçısı Joze Manuel Barrozu Ali Məhkəmənin qərarından təəssüfünü bildirib və vəziyyətdən çıxış yolunun tapılacağına ümid ifadə edib.



İyulun 16-da Liviyanın Ali Hüquq Şurası ölüm hökmü haqda məsələyə baxacaq.


Liviya hökumətinin nəzarət etdiyi Hüquq Şurası əfvetmə və məhkəmənin qərarını yüngülləşdirmə hüququna malikdir.


XS
SM
MD
LG