Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:31

Əflatun Amaşov həbsdə olan jurnalistlərlə görüşüb


Mətbuat Şurasının sədri digər həbsdə olan jurnalistlərə də baş çəkəcəyini deyir

Mətbuat Şurasının sədri digər həbsdə olan jurnalistlərə də baş çəkəcəyini deyir

İyulun 11-də Mətbuat Şurasının sədri Əflatun Amaşov «Azadlıq» və «Nota-bene» qəzetlərinin həbsdə olan əməkdaşları Mirzə Sakit və Fərəməz Allahverdiyevlə görüşüb. Amaşov «Azadlıq» radiosuna bildirib ki, o, aclıq edən Mirzə Sakiti aksiyanı dayandırmağa çağırıb.


Cənab Amaşov deyir ki, Şuranın həbsdə olan jurnalistlərin əfviylə bağlı ölkə başçısına ünvanlayacağı müraciətə Mirzə Sakitin və Fərəməz Allahverdiyevin münasibətini öyrənib. Onlar müraciətə mənfi yanaşmadıqlarını deyiblər.


Mətbuat Şurasının sədri yaxın günlərdə digər həbsdə olan jurnalistlərə də baş çəkəcəyini deyir.


Hazırda yeddiyə yaxın jurnalist müxtəlif ittihamlarla həbsdədir.


«Azadlıq» qəzetinin əməkdaşı Mirzə Sakit bir neçə gündür ki, saxlandığı şəraitə etiraz olaraq həbsxanada aclıq aksiyası keçirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG