Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:37

Azərbaycanda hazırda 482 min ton taxıl ehtiyatı var


Cənab Vəliyev deyır ki, Rusiyada yaranmış çörək böhranı Azərbaycanda baş verməyəcək
Cənab Vəliyev deyır ki, Rusiyada yaranmış çörək böhranı Azərbaycanda baş verməyəcək

Azərbaycanda hazırda 482 min ton taxıl ehtiyatı var.


Bunu «Azadlıq» radiosuna Kənd Təsərrüfatı Nazirliyinin şöbə rəisi Sabir Vəliyev məlumat verib. Onun sözlərinə görə, ölkədəki taxıl istehsalından da ilin axırına qədər 688 min ton buğda ehtiyatı toplanacağı gözlənir. Payıza isə taxıl terminalı üçün Qazaxstandan 100 min ton taxılın idxal edilməsi nəzərdə tutulub.


Cənab Vəliyev hesab edir ki, Rusiyada yaranmış çörək böhranı Azərbaycanda baş verməyəcək.


Bir həftəyə yaxındır ki, Azərbaycanda unun qiyməti 40 faizə qədər bahalaşıb. Gəncədə isə bəzi yerlərdə çörəyin qiyməti qalxıb. Hələlik ölkənin paytaxtında çörək əvvəlki qiymətini saxlasa da, çəkisi azalıb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG