Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:45

Ömürlük məhbuslar məhkəməyə müraciət edəcəklər


Ömürlük həbs almış məhbuslar cəzalarının 15 illik həbslə əvəzlənməsini istəyirlər

Ömürlük həbs almış məhbuslar cəzalarının 15 illik həbslə əvəzlənməsini istəyirlər

Qobustan həbsxanasında on günə yaxın aclıq aksiyası keçirmiş ömürlük həbsə məhkum olunmuş məhbuslar məhkəməyə müraciət edəcəklər. Məhbuslar bu qərara iyulun 10-da bir qrup deputatla görüşdən sonra gəliblər. Bu barədə «Azadlıq» radiosuna məlumat verən Milli Məclisin deputatı Rövşən Rzayevin sözlərinə görə, onlar məhbusların tələbləriylə tanış olduqdan sonra dustaqların qaldırdığı məsələnin məhkəmə yoluyla həllini təklif ediblər.


Qobustan həbsxanasında cəza çəkən ömürlük həbsə məhkum olunmuş 40-a yaxın məhbus onlara verilmiş ömürlük cəzanın 15 illik həbslə əvəz olunmasını tələb edirlər.


İyulun 10-da bir qrup deputat Qobustan həbsxanasında sözügedən məhbuslarla görüşüb, onların tələblərini dinləyiblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG