Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:40

«Bakı ətrafında 30 min evi sökəcəklər»


Etiraz edən sakinlər Əzizbəyov-Ramana yolunu bağlamağa cəhd edib

Etiraz edən sakinlər Əzizbəyov-Ramana yolunu bağlamağa cəhd edib

«Ekspress» qəzetindəki «ABŞ Bakını NATO-ya çağırır» başlıqlı məqalədə bildirilir ki, Birləşmiş Ştatlar və Azərbaycan milli təhlükəsizlik sahəsində çoxsaylı maraqları paylaşırlar. Bu barədə Vaşinqtonda iki ölkə arasında aparılan 10-cu illik təhlükəsizlik dialoqunun yekunu ilə bağlı yayılan bəyanatda bildirilir. Yüksək səviyyəli görüşdə ABŞ Dövlət Departamentinin bir neçə bürosu, Pentaqon, Daxili Təhlükəsizlik və Xəzinədarlıq Departamentindən nümayəndələr iştirak ediblər. Azərbaycan tərəfdən isə görüşdə Xarici İşlər nazirinin müavini Araz Əzimovun başçılığı ilə geniş missiya qatılıb. Qəzet yazır ki, tərəflər antiterror əməkdaşlığı, su və sərhəd təhlükəsizliyi proqramları, silahların yayılmasının qarşısının alınması sahəsində narahatlıq, raketdən müdafiə, mühüm enerji infrastruktur müdafiəsi, Azərbaycanın NATO ilə münasibətləri, təhlükəsizlik sektorunda islahatlar və digər məsələlərdə gələcək addımlarını razılaşdırıblar.

«Yeni Müsavat» qəzetindəki «Bakı ətrafında 30 min evi sökəcəklər. İqtidardan xalqa qarşı növbəti amansızlıq» başlıqlı məqalədə bildirilir ki, Balaxanı Neft və Qazçıxarma İdarəsi iyulun 20-dən etibarən 4-cü mədən ərazisində tikilmiş evləri sökmək qərarına gəlib. Bakıda əhali arasında həmin ərazi «Şanxay» adı ilə məşhurdur. Evlərin sökülməsinə etiraz edən Əmir Bağırov küçəsinin 200-ə yaxın sakini Əzizbəyov-Ramana yolunu bağlamağa cəhd edib. Bu barədə qəzetə həmin küçədə yaşayan aksiya iştirakçısı Teymur Kərimov məlumat verib. O, bildirib ki, Balaxanı Neft və Qazçıxarma İdarəsinin rəhbərliyi bu addımını 4-cü mədən ərazisində evlərin tikilməsi üzündən quyulara texniki xidməti həyata keçirə bilməmələri ilə izah edib. Kərimov həmin ərazidə 30 minə yaxın ev tikildiyini, bu evlərin əksəriyyətinin hər hansı sənədinin olmadığını, çoxunun da məcburi köçkünlərə aid olduğunu bildirib.


«Azərbaycan» qəzetindəki «Ədalətli sonun başlanğıcı» başlıqlı məqalədə bildirilir ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin onun maraqlarına uyğun həlli istiqamətində ümid etdiyi iki amildən ikisi də puça çıxır. Söhbət Yerevanın dünya birliyinin nə vaxtsa mövcud status-kvo ilə razılaşacağına və guya Dağlıq Qarabağda «demokratik proseslərin» getdiyini görən beynəlxalq ictimaiyyətin separatçı rejimi tanıyacağına ümidlərindən gedir. Qəzet yazır ki, əgər birinci xeyli vaxtdır sıradan çıxıbsa, separatçı bölgədə baş verənlərə «xalqın demokratik yolla öz müqəddəratını müəyyənləşdirməsi» donu geyindirmək istəyi üzərindən də pərdələr götürülür. Maraqlıdır ki, bu «alibi»ni təmin etmək üçün Yerevandakılar hətta müəyyən risklərə və proseslərə demokratik görüntü verməyə belə cəhd edirlər.


XS
SM
MD
LG