Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:19

ABŞ-la təhlükəsizlik dialoqu 2008-ci ilin iyulunda davam etdiriləcək


İraqda Azərbaycan hərbçiləri
İraqda Azərbaycan hərbçiləri

Bu barədə ABŞ və Azərbaycan hökumətlərinin təhlükəsizlik dialoquna dair birgə bəyanatda məlumat verilir.


İyulun 10-da yayılan həmin sənəddə qeyd edilir ki, «təhlükəsizliyə görə məsuliyyət təkcə hərbçilərin üzərinə düşmür: uzunmüddətli təhlükəsizliyin təmin olunması üçün demokratikləşmə müstəsna əhəmiyyətə malikdir».


Sənəddə həmçinin bildirilir: «Amerika Birləşmiş Ştatları hökuməti Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqdir və üç şərik prioritet sahədə irəliləyiş görmək istərdi: təhlükəsizlik əməkdaşlığı, enerji əməkdaşlığı, siyasi və iqtisadi islahatlar yolu ilə demokratiyanın inkişaf etdirilməsi».


İyulun 9-10-da Vaşinqtonda Azərbaycanla ABŞ arasında hərbi-siyasi məsləhətləşmələr aparılıb. ABŞ nümayəndə heyətinə Dövlət Departamenti katibinin siyasi-hərbi məsələlər bürosu üzrə yardımçısının səlahiyyətlərini icra edən Stifen D.Mall və Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə yardımçısının müavini Metyu Brayza, Azərbaycan nümayəndə heyətinə Xarici İşlər nazirinin müavini Araz Əzimov başçılıq edib.


Növbəti görüş 2008-ci ilin iyulunda keçiriləcəkdir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG