Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:27

GUAM Dağlıq Qarabağdakı seçkini pisləyir


«Bu cür hərəkətlər münaqişənin tənzimlənməsi üzrə danışıqların gedişinə mənfi təsir göstərir»
«Bu cür hərəkətlər münaqişənin tənzimlənməsi üzrə danışıqların gedişinə mənfi təsir göstərir»
GUAM ölkələri Xarici İşlər Nazirləri Şurası (XİNŞ) Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış separatçı rejimin 2007-ci il iyulun 19-da prezident seçkisi keçirmək niyyətindən dərin narahatlıq keçirdiyini bildirib.

Bu barədə «Turan»a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən daxil olan GUAM XİNŞ-in bəyanatında deyilir. Sənəddə bildirilir ki, belə seçkilərin keçirilməsi Azərbaycan Konstitusiyasının və beynəlxalq hüququn norma və prinsiplərinin pozulması deməkdir: «Bu seçkinin hüquqi qüvvəsi yoxdur və onun nəticələri qanuni sayılmyacaq».

GUAM XİNŞ hesab edir ki, bu cür hərəkətlər münaqişənin tənzimlənməsi üzrə danışıqların gedişinə mənfi təsir göstərir. «Dağlıq Qarabağda qanuni seçkilər yalnız bu bölgənin Azərbaycanın siyasi, hüquqi, sosial və iqtisadi sisteminə tam reinteqrasiyasından, onun tam reablitasiyasından, yerlərindən qovulmuş şəxslərin daimi yaşayış yerlərinə dönməsindən, nəqliyyat kommunikasiyalarının bərpasından və bu regionda erməni və azərbaycan icmasının dinc yanaşı yaşamasından sonra keçirilə bilər», - deyə bəyanatda vurğulanır.


Sənəddə GUAM XİNŞ beynəlxalq ictimaiyyəti belə qanunsuz hərəkətləri pisləməyə, Azərbaycanın beynəlxalq çərçivədə tanınmış ərazi bütövlüyü çərçivəsində münaqişənin dinc vasitələrlə tənzimlənməsi səylərini dəstəkləməyə çağırır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG