Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:48

QHT-lər Neft Fondunun Müşahidə Şurasında təmsil olunmaq istəyir


Vətəndaş Cəmiyyətinə Dəstək və Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyaları Neft Fondunun Müşahidə Şurasında ictimai birliklərin təmsil olunmasını istəyir. Koalisiyaların prezident İlham Əliyevə müraciətində deyilir ki, bu, neft gəlirlərinin səmərəli xərclənməsi, Dövlət Neft Fondu ilə cəmiyyət arasında qarşılıqlı etimad mühitinin gücləndirilməsi üçün zəruridir.


Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının sədri Qubad İbadoğlu: «Təəssüf ki, indiyədək vətəndaş cəmiyyəti qurumları Müşahidə Şurasında təmsil olunmayıb. Şuranın Milli Məclis və Elmlər Akademiyasından olan üzvləri vətəndaş cəmiyyətinin təmsilçiləri hesab oluna bilməz. Onlar dövlət büdcəsi hesabına maliyyələşirlər».


Dövlət Neft Fondunun Müşahidə Şurasının hazırki doqquz üzvündən ikisi Milli Məclisi, beşi hökuməti, digər ikisi isə Milli Bankı və Milli Elmlər Akademiyasını təmsil edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG